çərşənbə axşamı 24 mart 2026 - 16:12
Məhdəviyyət mövzuları (38) | Vilayəti‑fəqihin dəlilləri (nəqli dəlil)

Hövzə | İmam Zamanın (ə.f) şiələri həmin imamın qeyb dövründə meydana çıxan məsələlərdə hədis rəvayətçilərinə müraciət etməlidirlər. Aydındır ki, məsumların (ə) kəlamlarını fərdi və ictimai vəzifələr sahəsində düzgün anlamaq İslam və dini elmlərdə çox yüksək ixtisas tələb edir. Məsum İmamların (ə) hədislərindən şəri hökmləri əldə etmək son dərəcə mürəkkəb bir işdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzuları İmam Zamanla (ə.f) bağlı maarifi yaymaq məqsədilə siz dəyərli və ziyalı oxuculara təqdim olunur.

Vilayəti‑fəqihin ən mühüm dəlillərindən biri rəvayət və hədislərdir. Onlardan bir neçəsini burada təqdim edirik:

İmam Zamanın (ə.f) mühüm tövsiyəsi 

Şiə alimlərinin böyük şəxsiyyətlərindən olan Şeyx Səduq (r) “Kəmalüd-din və Təmamün‑nimə” adlı kitabında İshaq ibn Yəqubun İmam Məhdiyə (ə) yazdığı məktubu nəql etmişdir. Həmin məktubda o, İmam Zamandan (ə.f) bəzi suallar soruşmuşdur.

İmam Zaman (ə.f) o sualların cavabında buyurur:

«وَ أَمَّا الْحَوَادِثُ الْوَاقِعَةُ فَارْجِعُوا فِیهَا إِلَی رُوَاةِ حَدِیثِنَا فَإِنَّهُمْ حُجَّتِی عَلَیْکُمْ وَ أَنَا حُجَّةُ اللَّهِ عَلَیْهِمْ.» (کمال‌الدین و تمام‌النعمة، ج ۲، ص ۴۸۴)

Baş verən hadisələrə gəldikdə isə bu məsələlərdə bizim hədislərimizi rəvayət edən şəxslərə müraciət edin. Çünki onlar mənim siz üçün təyin etdiyim şəxslərdir. Mən isə onlar üçün Allahın təyin etdiyi höccətəm.

Tövsiyənin birinci hissəsində İmam Zaman (ə.f) buyurur ki, qeybdə olduğu dövrdə şiələr meydana çıxan məsələlərdə Əhli‑beyt (ə) kəlamlarının rəvayətçilərinə müraciət etməli, qarşılaşdıqları dini və ictimai məsələlərin hökmlərini onlardan öyrənməlidirlər.

Burada düşünmək lazımdır: "Bizim hədislərimizin rəvayətçiləri” ifadəsindən məqsəd kimlərdir? Həqiqi hadisələr nə deməkdir?

“Hadisələr (həvadis)” kəlməsi “hadisə” sözünün cəmidir. İmam Zaman (ə.f) buyurduğuna əsasən: “Ortaya çıxan məsələlərdə bizim hədislərimizi rəvayət edən şəxslərə müraciət edin.”Bu isə onu göstərir ki, söhbət müsəlmanların dini həyat və hökmlərin tətbiqinə, eləcə də ictimai‑dini məsələlərə aid olan məsələlərdən gedir. Yəni, bizim hədislərimizi rəvayət edən şəxslər, möminlərin belə məsələlərdəki vəzifələrini açıqlamalıdırlar.

İmam Zamanın (ə.f) “ortaya çıxan hadisələr” ifadəsində məqsədi yalnız namaz, oruc, zəkat və s. kimi fərdi məsələlər deyil. Çünki din alimlərinə müraciət etmək və bu məsələlərdə onlardan soruşmaq hətta imamların (ə) dövründə də yayılmış bir hal idi və şiələr məsafənin uzaqlığı və ya imamlar (ə) üçün mövcud olan məhdudiyyətlər kimi səbəblərə görə imamların vəkillərinə və nümayəndələrinə müraciət edirdilər.

Əslində bu məsələ açıq‑aydın bir həqiqət idi ki, məsum imama (ə) müraciət etmək mümkün olmadıqda (istər imam zahirdə və insanların arasında olduğu halda, istərsə də qeyb dövründə olsun) Qurana və sünnəni bilən din alimlərinə müraciət olunsun.

Buna görə də “ortaya çıxan məsələlərdə” məqsəd müsəlmanların ictimai məsələləridir və bu məna “ hadisələr (havadis)” ifadəsinin zahiri mənası ilə tam uyğunluq təşkil edir.

İmamların hədislərini rəvayət edən şəxslər kimlərdir?

İmam Zamanın (ə.f) tövsiyəsinə əsasən, o həzrətin şiələri qeyb dövründə baş verən məsələlərdə hədis rəvayətçilərinə müraciət etməlidirlər. Aydındır ki, məsumların (ə) sözlərini fərdi və ictimai vəzifələr sahəsində düzgün anlamaq İslam və dini elmlərdə çox yüksək ixtisas tələb edir və imamların hədislərindən şəri hökmlərin çıxarılması olduqca mürəkkəb bir işdir. Buna görə də qədim zamanlardan etibarən şiələr bu mühüm məsələ üçün alimlərə və həqiqi islamşünaslara müraciət etmişlər.

Deməli, “hədisi rəvayət edən şəxs” ifadəsində məqsəd yalnız hədisi nəql edən şəxs deyil, əksinə, məqsəd elə bir şəxsdir ki, birincisi, rəvayət mənbələri ilə tam tanışdır və mötəbər rəvayəti qeyri‑mötəbərdən ayırd edə bilir. İkincisi isə məsumların (ə) kəlamlarının bütün cəhətlərinə və onların sözlərindən şəri hökmün necə əldə olunmasına bələddir və onların kəlamlarını düzgün başa düşmək üçün zəruri olan bütün müqəddimə və vasitələri mənimsəmişdir.

Bütün müsəlman və düşüncə sahiblərinin etirafına görə, belə şəxslər yalnız fəqihlər və müctəhidlərdir ki, bütün fərdi və ictimai məsələlərdə ilahi hökmləri Qurandan və məsumların kəlamlarından çıxarır və bütün məsələlərin hökmlərini şiələrin ixtiyarına verirlər.

Yuxarıdakı anlayış hədisin davamında buyurulan “فَإِنَّهُمْ حُجَّتِی عَلَیْکُمْ” (“onlar mənim sizin üçün təyin etdiyim şəxslərdir”) ifadəsi ilə də uyğunluq təşkil edir. Çünki bir rəvayətçinin “höccət” olması o hallara münasibdir ki, onun rəyi və nəzəri həmin məsələlərdə ölçü və meyar hesab olunsun. Yəni bu “hədis rəvayətçisi” o zaman başqaları üçün höccət sayılır ki, onun məsumun kəlamından çıxardığı hökm və nəticə başqaları üçün dəlil olsun. Əks halda, əgər birbaşa məsumun kəlamına istinad edilməli olsaydı, “onlar özləri sizin üçün höccətdir” deyilməzdir.

Bu barədə dahi və tanınmış şiə fəqihi Şeyx Ənsarinin (r) sözləri olduqca aydın və diqqətəlayiqdir. 
O deyir: İmamın dediyi sözünün zahirindən belə nəticə çıxır ki, “hadisələrdə (havadis)” məqsəd adət, ağıl və şəriət baxımından rəhbərə və [qövmün böyüyünə] müraciət edilməli olan bütün məsələlərdir və ortaya çıxan məsələlər yalnız şəri məsələlərlə məhdudlaşdırılması doğru deyil. (Məkasibi Muhərrəmə, c. 3, s. 554)

Bu mövzuların ardı var...

Mənbə: “Negine afərineş” kitabı, müəyyən dəyişikliklərlə

------------------------------------------------------------------------------------

1. Tövsiyə termini daha çox İmam Zamanın (ə.f) məktubları barədə işlədilən bir ifadədir. Həmin məktublarda şiələrin suallarına cavablar yazılır və dörd naib vasitəsilə onların əlinə çatdırılırdı.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha